23 Avqust 2020 01:17
2 841
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir tərəfdən erməni təcavüzü, digər tərəfdən pandemiya ilə ciddi mübarizə aparırıq. Ona görə də biz qaydalara, dövlət başçısının verdiyi tapşırıqlara çox yüksək səviyyədə və ciddi riayət etməliyik.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlər arası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

Millət vəkili bildirib ki, qaydalara hər kəs ciddi şəkildə əməl etməlidir:

”Bu günlərdə toy mərasimlərində iştirak etmiş məmurların və bəzi millət vəkilərinin iştirakını eşitdik, keçirdiyimiz görüşlərdə də həmin məsələ ilə bağlı suallara cavab verməyə məcbur olduq. Ona görə ki, bu cür davranış qəbuledilməzdir”.

Deputat qeyd edib ki, millət vəkili Siyavuş Novruzovun və bir neçə yüksək səviyyəli məmurların məlum toyda iştirakı insanlar tərəfindən həddən artıq mənfi hal kimi qarşılanıb:

“Çünki hər kəs qanuna tabe olmalıdır. Biz tez-tez beynəlxalq münasibətlərdə ikili yanaşmaları görürük və qarşılaşırıq. Məhz bu gün müəyyən vəzifə sahiblərinin belə bir addım atması da ikili standartlar kimi qəbul olunur. Belə tədbirlərdə iştirak edən hər kəs - millət vəkilləri, yüksək vəzifəli məmurlar qanun qarşısında ciddi cavab verməlidirlər".


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər