24 Avqust 2020 20:20
806
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi xəbər portallarında, sosial şəbəkələrdə Ramiz Mehdiyevin nəvəsinin toyunda sabiq Baş Prokuror Zakir Qaralovun da iştirakı, hətta onun həyat yoldaşının Ramiz Mehdiyevlə qohumluq əlaqələrinin mövcud olması barədə məlumatlar yayılıb.

Apardığımız araşdırma zamanı məlum olub ki, onun həmin məclisdə iştirakı, Ramiz Mehdiyevlə hər hansı qohumluq əlaqələrinin olması barədə xəbərlər həqiqətə uyğun deyil.

Hətta ölkəmizdə xüsusi karantin rejimi tətbiq olunmadığı zamanda, Zakir Qaralovun 15 mart tarixinə təyin olunmuş övladının toy məclisi təxirə salınıb.


Müəllif: Teleqraf.com