Qubadlı rayonunun Əliquluşağı kənd orta məktəbinin 7-ci sinif şagirdi Ömər Allahverdiyev işğal edilmiş bu rayonla bağlı video-rolik hazırlayıb.
O, bu barədə təəssüratlarını Teleqraf.com-a danışıb.
Ömər Allahverdiyev deyir:
“İdmanda, həyətdə dostlarım həmişə haralı olduğumu soruşanda “Qubadlıyam” cavabından sonra zarafat anlamında ələ salırdılar. Bir gün gəlib anama bunu danışdım. Çünki hər dəfə buŞ məni incidirdi, onlara cavab verə bilmirdim. Anam izah elədi ki, Qubadlı ziyalıları, alimləri, yazarları, generalları və şəhidləri ilə məşhurdur.
Ondan sonra bu videonu çəkmək qərarına gəldim. Sadə telefonla çəkdik, çünki bu yaşda əlimdə olan imkanlar bu idi, demək istədiklərimi video ilə nə qədər çatdırmağı bacardım bilmirəm. İnşallah böyüyüb Qubadlı haqda geniş film çəkəcəm. Sonda onu demək istəyirəm ki, biz bizə hansı dəyəri veririksə, o dəyərdən ibarətik”.
Əlavə edək ki, bu gün Qubadlı rayonunun Ermənistan ordusu tərəfindən işğal edilməsindən 27 il ötür.
Videonu təqdim edirik: