31 Avqust 2020 22:11
1 008
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Türkiyədə yaşayan azərbaycanlı jurnalist Məhsəti Şərif İstanbulda Mübariz İbrahimov adına Azərbaycan məktəbinin müdiri vəzifəsinə təyin edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə onun özü məlumat verib.

M.Şərif bildirib ki, rəhbərlik etdiyi məktəb dörd ildir fəaliyyət göstərir: "Tədris Azərbaycanın təhsil proqramı üzrə keçirilir. Kitablar Diasporla İş üzrə Dövlət Komitəsi vasitəsilə Təhsil Nazirliyi tərəfindən göndərilir. Məqsəd burada işləyən, yaşayan Azərbaycan ailələrinin uşaqlarının təhsildən kənar qalmamasıdır".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər