Güloğlan Muradlı: “Konteynerlə aparılan daşınmaların yalnız 2 faizi gömrük nəzarətindən keçir”
Oktyabrın 13-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Konteyner daşınmalarınanəzarət” layihəsi çərçivəsində təlim başlayıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən xəbərə görə, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi ilə ÜGT-nin birgə həyata keçirdiyi bu layihə üzrə təşkil olunan təlimdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Tacikistan gömrük orqanlarının əməkdaşları iştirak edirlər.
Təlimin işə başlaması münasibətilə keçirilən açılış mərasimində BMT-nin Orta Asiya ofisinin nümayəndəsi Batır Geldiyev“Konteyner daşınmalarına nəzarət” layihəsihaqqında məlumat verib.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Güloğlan Muradlı hazırda dünyada daşınmaların 90 faiznin konteynerlər vasitəsilə aparıldığını və bunun da yalnız 2 faizinin gömrük nəzarətindən keçdiyini qeyd edib.
Baş İdarənin rəisi ölkəmizin həyata keçirdiyi Bakı-Tbilisi-Qars dəmiryolu,eləcə də Xəzərdə ən böyük liman - Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi irimiqyaslı layihələrin hesabına yaxın gələcəkdə regionda yük daşımalarının həcminin artırılmasının gözlənildiyini vurğulayaraq, bunun da öz növbəsində, gömrük sahəsində hüquqpozmaların, o cümlədən, narkotik qaçaqmalçılığı hallarının artması təhlükəsini yaradacağına diqqət çəkib. Güloğlan Muradlı bu baxımdan sözügedən sahədə risklərin azaldılması işində “Konteyner daşınmalarına nəzarət” layihəsinin böyük əhəmiyyət daşıdığını bildirib.
Daha sonra ÜGT-nin nümayəndələri PeterTimmermans, CesarSohiaffino və Azərbaycan Respublikası DGKGömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Cavad Qasımov layihənin məqsəd və əhəmiyyəti barədə məlumat xarakterli çıxış ediblər. Təlim 5 gün davam edəcək.
Naibə QURBANOVA