13 Sentyabr 2020 19:58
464
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 12 sentyabr 2020-ci il tarixli 336 №-li Qərarına uyğun olaraq, buna qədər qüvvədə olmuş bir sıra qərarlar ləğv edilib.

Teleqraf.com “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə istinadən xəbər verir ki, bu xüsusda “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 3 iyul 2020-ci il 236 №-li Qərarı ilə Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti 4 iyul saat 00:00-dan 20 iyul saat 06:00-a qədər dayandırılması, həmçinin 17 iyul 2020-ci il tarixli 255 nömrəli Qərarı ilə avqust ayının 5-nə, 4 avqust 2020-ci il tarixli 278 nömrəli Qərarı ilə avqust ayının 31-nə və 29 avqust 2020-ci il tarixli 311 nömrəli Qərarı ilə sentyabr ayının 15-nə kimi sərnişindaşıma fəaliyyətinin dayandırılma müddətinin uzadılması barədə qərarları qüvvədən düşüb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 336 №-li Qərarına uyğun olaraq, 2020-ci il 14 sentyabr saat 06:00-dan Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa edilir.

Lakin həmin Qərarın 1.2.5 bəndinə uyğun olaraq, sərnişindaşıma fəaliyyəti bərpa edilsə də, aşağıda qeyd edilən müddətlərdə Bakı metropoliteni sərnişindaşıma xidməti göstərməyəcək:

2020-ci il 19 sentyabr saat 00:00-dan 2020-ci il 21 sentyabr saat 06:00-dək; 2020-ci il 26 sentyabr saat 00:00-dan 2020-ci il 28 sentyabr saat 06:00-dək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər