14 Oktyabr 2014 11:56
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün çox önəmli gündür. Azərbaycan çalışır ki, Avropada öz mövqeyini ifadə etsin”.

Teleqraf.com xəbər verir ki, bunu “Avropada irs günləri tədbirində” mədəniyyət və turizm naziri Əbulfəs Qarayev deyib.

Biz sevinirik ki, Azərbaycan Avropa Şurasında sədrlik edir deyən nazir bunları qeyd edib:

“Azərbaycanın Avropa Şurasında sədrliyi bizə imkan verir ki, bir çox konfranslar keçirdək. Bu dövr ərzində mədəniyyət və turizm sahəsində də tədbirlər təşkil etmişik. Düşünürəm ki, bu kimi addımlar Avropanı Azərbaycanda gedən proseslərdən xəbərdar edir. Avropa irs günləri bizim üçün çox önəmlidir. Mədəni irs Azərbaycanın əsas prioritetlərindən biridir. Azərbaycandakı mədəniyyət nümunələri mədəniyyət irsimizi təşkil edir. Bu gün fəxr edirik ki, Azərbaycanın mədni irsi nəinki ölkə daxilində hətta digər ölkələrdə də öz əksini tapır. Məlumdur ki, Azərbaycanın birinci xanımı bu sahədə dünyada geniş işlər görüb”.

İlhamə


Müəllif:

Oxşar xəbərlər