26 Sentyabr 2020 20:00
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) müftisi Hacı Yasin Əliyev vəzifəsindən ayrılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə GMİ-dən bildirilib.

Şərqi Gürcüstan üzrə müfti öz istəyi əsasında sağlamlıq durumu ilə bağlı istefa verib.

Y.Əliyevin vəzifəsini müvəqqəti olaraq Hacı Eyvaz Mərdanov icra edəcək.

Yeni müfti yaxın gələcəkdə GMİ-nin Ali Dini Şurası tərəfindən seçiləcək.

Qeyd edək ki, Gürcüstanda iki müfti var. Onlardan biri azərbaycanlıların sıx yaşadıqları Kvemo Kartli, digəri isə Acarıstan bölgəsi üzrədir.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər