29 Sentyabr 2020 23:13
3 464
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ordusunun artilleriya zərbələri nəticəsində Tərtər rayonunun Həsənqaya yaşayış məntəqəsi yaxınlığında yerləşən Ermənistan silahlı qüvvələrinin 5-ci motoatıcı alayının 1-ci taboru və Talış istiqamətində yerləşən 6-cı motoatıcı alayının 1-ci taborunun mövqeləri dağıdılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a daxil olan məlumatda bildirilir ki, ağır itkilərə məruz qalan düşmən ölən və yaralıların evakuasiyasını təşkil etmək üçün nəqliyyat vasitələri tapmaqda çətinlik çəkir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər