Ölkədə hərbi vəziyyətlə bağlı bəzi fikirlər səslənir ki, məktəblərin fəaliyyəti dayandırılmalıdır.
Teleqraf.com xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.
"Düşünürəm ki, risk olmayan ərazidə vətəninə xidmət etmək istəyən müəllim və şagirdin ən yaxşı edəcəyi şey dərsə vaxtında gedib-gəlmək, oxumaqdır.
Biz artıq əvvəldən də müəyyən edilmiş plana uyğun olaraq addımlayırıq".