19 Oktyabr 2020 14:51
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbi Kaspi Universitetinin biologiya ixtisasının tələbələri Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunda olublar.

Teleqraf.com-un məlumatına görə, tələbələr institutun aqrar biotexnologiya, bitki mühafizəsi, tərəvəz məhsullarının emalı, toxum emalı, torpaqların analizi və s. laboratoriyaları və həmçinin institutun istixanaları ilə yaxından tanış olublar.

İnstitut əməkdaşları müasir cihaz və avadanlıqlar və onların iş prinsipləri barədə ətraflı məlumat verib və tələbələri maraqlandıran sualları cavablandırıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər