17 Noyabr 2020 18:28
401
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 14-də işğaldan azad edilmiş ərazilərdə meliorasiya və irriqasiya sistemlərinin bərpası ilə əlaqədar keçirilən tədbir çərçivəsində Qubadlı Suvarma Sistemləri İdarəsinin təsis edilməsi elan edilib.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı"ASC-nin sədri Əhməd Əhmədzadə elan edib.

ASC-nin nümayəndəsi Dilqəm Şərifov bildirb ki, tədbirdən sonra Qubadlı Suvarma Sistemləri İdarəsinə yeni rəis təyin olunub.

İşğaldan azad edilən yerlərdə səhmdar cəmiyyətinin balansında olan obyektlərin inventarlaşdırması, onların vəziyyətinin ilkin qiymətləndirilməsi və hazırlıq tədbirləri məqsədilə qurumun sədr müavini rəhbərliyi ilə Komissiya yaradılıb.

Qeyd edək ki, Qubadlı Suvarma Sistemləri İdarəsinin balansında 5200 hektar suvarılan sahə, 998 km suvarma kanalları, 7 nasos stansiya, 129 ədəd suvarma qurğusu və 1 hidroqovşaq (Həkərəçay HQ) olub.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər