19 Noyabr 2020 18:51
445
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moldovanın nüfuzlu NOİ.md saytında Azərbaycanın bu ölkədəki səfiri Qüdsi Osmanovun ermənilərin Kəlbəcər, Laçın və Ağdam rayonlarında ekoloji fəlakətlər törətməsinə dair bəyanatı dərc olunub.

Teleqraf.com xəbər verir ki, bəyanatda ermənilərin işğal altındakı rayonlarımızı tərk edərkən törətdikləri vandalizm hərəkətləri qeyd olunub.

Bəyanatda bildirilir ki, son günlərdə Kəlbəcərdən çəkilən görüntülər bütün dünyanı təəccübləndirib, ermənilərin oradan çıxmazdan əvvəl yol boyu evləri, dükanları, məktəbləri, xəstəxanaları yandırdıqlarını göstərir.

“Meşələrin yandırılması və ağacların kütləvi şəkildə kəsilməsi vandalizm, ekoloji terrordur, çünki söhbət canlı təbiətdən gedir. Qarabağın meşələri onun zənginliyidir. Oradakı ağacların orta yaşı 165 ildir. Ağaclar o qədər sıx böyüyür ki, meşə yarı kol kimi görünür”, - deyə Q.Osmanov vurğulayıb.

Səfir, həmçinin bu vandalizm hərəkətlərinə dair video və fotoların tanınmış erməni KİV-ləri tərəfindən yayımlandığını, bu hərəkətləri öz nəşrlərində “əsaslandırdıqları”na və məqalələrin altında bir çox üsyankar şərhlərin yer almasına da təəccübləndiyini bildirib.

Bəyanatda Azərbaycanın rəsmi qurumlarının ermənilərin bu vandal hərəkətlərinə dair mövqeyi də yer alıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər