Azərbaycanda Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın Katibliyinin üzvləri xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısından çıxarılıb.
Teleqraf.com-un məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.