28 Noyabr 2020 19:28
415
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlərdə koronavirusa (COVID-19) yoluxanlarının sayında kəskin artımın olması nəzərə alınaraq noyabrın 28-də Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxt ərazilərdəki əsas küçə, prospekt və yollarda artıq 17-ci dəfə həyata keçirilən əlavə gücləndirilmiş dezinfeksiya işləri zamanı ümumilikdə 550 küçə dezinfeksiya olunub.

Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görülən bu işlər Bakı şəhərində sakinlərimizin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq mütəmadi davam etdiriləcək.

Vətəndaşlarımızdan bir daha xahiş olunur ki, koronovirusun daha çox yayılmasına imkan verməmək üçün karantin qaydalarına ciddi riayət etsinlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər