2 Dekabr 2020 12:46
1 296
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov vəzifədən azad olunması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

***

09:57

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov vəzifədən azad olunub.

R.Zeynalov təqaüdə göndərilib.

Qeyd edək ki, 69 yaşlı R.Zeynalov 1994-cü ilin avqust ayından Respublika DYP rəisi idi./Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər