11 Dekabr 2020 20:25
380
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvanda şəhid ailələrinə, Vətən müharibəsi qazilərinə və onların ailə üzvlərinə göstəriləcək səhiyyə xidmətinin keyfiyyətinə nəzarətin təmin edilməsi üçün komissiya yaradılıb.

Teleqraf.com xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində yaradılan komissiya şəhid ailələrinə, Vətən müharibəsi qazilərinə və onların ailə üzvlərinə göstəriləcək səhiyyə xidmətinin, o cümlədən tibbi yardım, ixtisaslı həkimlər tərəfindən müayinə və müalicələrin aparılmasını, həmçinin ehtiyac olan dərman preparatları ilə ödənişsiz təminatını, sağlamlıq imkanlarının məhdudluq dərəcəsinin təyin olunması üçün lazımi tibbi sənədlərin hazırlanmasını və digər xidmətlərin yüksək səviyyədə həyata keçirilməsini təmin edəcək və ortaya çıxan problemlərin həllini diqqət mərkəzində saxlayacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər