25 Dekabr 2020 16:41
399
12 Punto 14 Punto 16 Punto 18 Punto

2021-ci ilin dövlət büdcəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında birinci oxunuşda qəbul edilib.

Teleqraf.com-un məlumatına görə, Milli Məclisə təqdim olunan layihədə 2021-ci il icmal büdcəsinin gəlirləri 23828,1 milyon manat proqnozlaşdırılıb ki, bu da 2020-ci illə müqayisədə 1 465,1 milyon manat və yaxud 6,6 % çoxdur.

İcmal büdcənin xərcləri 31 163,4 milyon manat olacaq ki, bu da 2020-ci illə müqayisədə 855,1 milyon manat və yaxud 2,8 % çoxdur.

2021-ci ilin icmal büdcəsinin kəsiri 7 335,3 milyon manat təşkil etməklə 2020-ci illə müqayisədə 610,1 milyon manat və yaxud 7,7 % azdır. Kəsir proqnozlaşdırılan ÜDM-in 9,7 %-nə bərabər olacaq ki, bu da 2020-ci illə müqayisədə 1,4 faiz-bənd azdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər