30 Dekabr 2020 21:04
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətən müharibəsi zamanı yaralanaraq əsir düşən və danışıqlardan sonra ölkəyə qaytarılan Gəncə şəhər sakini, əsgər Bayram Kərimov bu gün evə buraxılıb.

Teleqraf.com xəbər verir ki, o, yaxınları tərəfindən çoşquyla qarşılanıb.

B.Kərimovun səhhətinin normal olduğu bildirilir.

Qeyd edək ki, B.Kərimov Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsi zamanı yaralı vəziyyətdə erməni silahlı bölmələri tərəfindən əsir götürülmüşdü.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər