5 Yanvar 2021 16:39
410
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 802 yeni yoluxma faktı qeydə alınıb, 2 479 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 221 401 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 199 213 nəfər müalicə olunaraq sağalıb, 2 792 nəfər vəfat edib, aktiv xəstə sayı 19 396 nəfərdir.

Ölkədə son sutka ərzində 8 435, hazırkı dövrədək isə 2 222 629 test aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər