15 Yanvar 2021 10:47
342
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstandan 250-yə yaxın Azərbaycan vətəndaşının təxliyəsi həyata keçirilir.

Teleqraf.com-un məlumatına görə, koronavirus testləri neqativ çıxan Azərbaycan vətəndaşlarının bu gün ölkəyə gətiriləcək.

Hazırda həmin şəxslər Gürcüstan-Azərbaycan sərhədindəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi yaxınlığında toplaşıb. Burada onlar rəsmi şəxslərin müşayiəti ilə ölkəyə keçəcəklər.

Azərbaycana keçən şəxslərin bir gün ərzində ünvanlarına çatmaq üçün sərbəst hərəkət etmə imkanı da yaradılır.

Qeyd edək ki, Azərbaycanın Gürcüstandakı səfirliyi Gürcüstandan 2000 nəfərədək Azərbaycan vətəndaşının təxliyəsini həyata keçirib.


Müəllif: Teleqraf.com