2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 61 147 ölüm halı qeydə alınıb.
Teleqraf.com-un məlumatına görə, əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,7 təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə ölüm halları artıb.
2019-cu ilin yanvar-noyabr aylarında ölkədə ölüm sayı 50796 olub. Əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,6 təşkil edib.