Bu gündən – fevralın 1-dən ənənəvi tədris qismən bərpa olundu. İlk mərhələdə 628651 nəfər şagird Bakı, Abşeron, Sumqayıt şəhərində həftədə 3 gün, digər bölgələrdə 4-5 gün hibrid formada təhsilə başlayır.
Maraqlıdır, əgər bir sinifdə oxuyan 20 şagirdin 19-u ərizə yazıb dərsə getməsə, müəllim o 1 nəfərə dərs keçəcək, 19 nəfər isə televiziya ilə dərs izləyəcək? Çünki bərpadan sonra müəllim onlayn dərs keçmir. Yaxud şagirdlərin hamısı ənənəvi dərsdə iştirakdan imtina etsə, müəllim onlayn rejimdə dərsə davam edə bilərmi?
Teleqraf.com xəbər verir ki, təhsil eksperti Kamran Əsədov deyib ki, pandemiya dövründə təhsilin təşkili qaydalarında bu kimi hallar nəzərdə tutulmur: “Amma düşünürəm ki, əgər sinifin bütün şagirdləri ərizə ilə müraciət edib məktəbdə dərsdə iştirak etməkdən imtina etsə, müəllim onlara onlayn dərs keçə bilər.
Səhər saatlarında Bakının Xətai, Nizami, Nəsimi və Nərimanov rayonlarında Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzinin əməkdaşları monitorinq apardı. Ortaya çıxan ilkin mənzərə 2020-ci ilin 15 sentyabrı ilə müqayisədə az şagirdin məktəbdə gəlməsi oldu. Gələnlərin əksəriyyəti övladının dərsə qoşulmaması ilə bağlı ərizə yazanlar idi.
Bir neçə valideyn arasında sorğu apardıq, əksəriyyəti ictimai nəqliyyatda olan sıxlığı səbəb göstərdi. Yəni metro açıq olmadığı üçün avtobuslarda böyük sıxlıq var”.