8 Fevral 2021 19:29
1 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Həştərxan vilayətində Baytar Nəzarəti Məntəqəsində Azərbaycana ixrac olunacaq 5 ton dondurulmuş sazan balığı saxlanılıb.

Teleqraf.com xəbər verir ki, yoxlama aparılarkən balıqların yararlıq müddətinin artıq çıxdığı məlum olub. Nəticədə həmin yükün göndərilməsinə qadağa qoyulub.

Məhsulun istehsalçı müəssisəsinin inzibati məsuliyyətə cəlb olunacağı bildirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər