1 Mart 2021 12:58
423
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət İmtahan Mərkəzində növbəti GRE: General test imtahanı keçirilib.

Teleqraf.com xəbər verir ki, imtahan bu gün DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında müvafiq sanitar-gigiyenik qaydalara uyğun təşkil olunub.

COVID-19-la əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

İmtahanda 1 nəfər iştirak edib. İmtahan nəticələrini 10-15 gün ərzində ETS-in saytında onlayn şəkildə öyrənmək mümkündür.

Növbəti GRE imtahanının martın 26-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında linkdən ətraflı məlumat əldə etmək mümkündür: http://www.dim.gov.az/activities/exams/GRE/

Qeyd edək ki, GRE (Graduate Record Examinations) imtahanı dünyanın bir çox ali təhsil müəssisələrində magistr, MBA, doktorantura təhsilini almaq üçün tələb olunur və təqaüdlərin verilməsi zamanı diqqət yetirilən göstəricilərdən biridir. GRE: ümumi testi 160-dan çox ölkənin 1000-dən artıq test mərkəzində keçirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər