2 Mart 2021 11:04
297
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət İmtahan Mərkəzi martın 7-də ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdləri üçün buraxılış imtahanı keçirəcək.

Teleqraf.com xəbər verir ki, bu imtahanda iştirak edəcək şagirdlər DİM-in saytından “İmtahana buraxılış vərəqəsi”ni və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap edə bilərlər.

“İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” müvafiq təhsil müəssisələri tərəfindən də çap olunub şagirdlərə təqdim oluna bilər.


Müəllif: Teleqraf.com