6 Mart 2021 21:40
454
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Azərbaycan Partiyasının (YAP) bir əvvəlki qurultayından ötən üç il ərzində respublikamızda, eləcə də regionumuzda bir sıra taleyüklü hadisələr yaşanıb. Respublikamızda bu dövrdə prezident və parlament seçkilərinin keçirilməsi, bununla da ölkəmizdə aparılan islahatların daha bir mərhələyə daxil olması, sosial-iqtisadi sahələrdə əldə edilən mühüm uğurlar, eyni zamanda ictimai-siyasi iqlimin daha da sağlamlaşdırılması, həmçinin Vətən müharibəsindəki parlaq qələbəmiz xalqımızın tarixinə qızıl hərflərlə yazılıb. Bu möhtəşəm uğurla Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti bərpa edib, əzəli-əbədi ərazilərimizi işğalçıdan təmizləyib.

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Rəşad Mahmudov bildirib.

Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsində böyük Zəfərə vətəndaşlarımızın birlik və həmrəyliyi, xalq-Prezident sarsılmazlığı, şanlı Azərbaycan Ordusunun güc-qüdrəti nəticəsində nail olduq "Ordumuzun işğalçılara qarşı həyata keçirdiyi əks-həmlə əməliyyatları müasir hərb tarixinin ən parlaq səhifəsinə çevrildi".

Rəşad Mahmudov bütün bu reallıqların YAP-ın VII qurultayının keçirilməsi zərurətini gerçəkləşdirdiyini bildirərək diqqəti Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyevin bununla bağlı qurultayda söylədiyi giriş nitqində bir məqama yönəldib: “Prezident seçkilərindən sonra mən ərazi bütövlüyümüzün bərpasını qarşıya birinci dərəcəli vəzifə kimi qoymuşdum və biz buna nail olduq. Eyni zamanda, siyasi, iqtisadi, sosial və başqa sahələrdə, o cümlədən xoşagəlməz hallara qarşı mübarizədə də qarşımıza açıq-aydın hədəflər qoyuldu. Biz ardıcıllıqla və məqsədyönlü şəkildə bu hədəflərə çatırıq. Bu gün Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsinin zərurəti məhz bu səbəblərdən doğur...”. Dövlət başçısı nitqində vurğuladığı kimi əvvəlki qurultaydan ötən müddət ərzində istər siyasi, istərsə də sosial-iqtisadi sahələrdə nəzərdə tutulan bütün tədbirlər ardıcıllıqla həyata keçirilib və qarşıya qoyulan bütün vəzifələr yerinə yetirilib. Nəticədə respublikada dayanıqlı inkişaf təmin edilib, beynəlxalq aləmdə Azərbaycan çox böyük nüfuz qazanıb".

Deputat vurğulayıb ki, istər Vətən müharibəsində tarixi qələbəmizin, istərsə də sosial-iqtisadi uğurların əldə edilməsində son 17 ildə ölkədə yaradılan sağlam ictimai-siyasi mühit, daxili sabitlik mühüm rol oynayıb: "Bu önəmli amil Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi müdrik siyasət, xalq-iqtidar birliyi hesabına reallaşıb. Eyni zamanda, bu uğura dövlətimizin sosial təminat, sosial ədalət məsələlərini daim diqqət mərkəzində saxlaması nəticəsində nail olunub.

Ötən dövr göstərdi ki, Azərbaycanda taleyüklü məsələlərin həlli zamanı heç bir fərqli fikirə rast gəlinmir. Məsələn, mən bunu deyəndə Vətən müharibəsində nəzərə çarpan siyasi partiyaların fəaliyyətini, cəmiyyətdə fərqli düşüncəli insanların Qarabağ həqiqətləri ətrafında sıx birləşməsini nəzərdə tuturam. Çünki istər YAP, istərsə də digər partiyalar Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman haqlı bir fikir, bir ideyanın– Azərbaycanın ədalət mübarizəsinin dəstəklənməsinin tərəfdarı olublar. Şübhəsiz ki, Azərbaycanın gələcək siyasi sisteminin təkmilləşməsində də bu amilin mühüm əhəmiyyəti var.

Düzdür, bu sabitlik, əmin-amanlıq müəyyən xarici qüvvələri ciddi narahat edir. Ermənistan və onun havadarları daxildəki müəyyən qüvvələrin vasitəsilə Azərbaycanda istimai-siyasi sabitliyi pazmağa, vətəndaş qarşıdurması yaratmağa, ölkəmizin beynəlxalq nüfuzunu zədələməyə çalışırlar. Lakin onlar bu istəklərinə heç zaman çatmayacaqlar, Azərbaycanı məqsədlərindən heç nə ilə çəkindirə, ən başlıcası isə şanlı Ordumuzun möhtəşəm Qələbəsinə kölgə salmaq niyyətlərinə nail ola bilməyəcəklər".

Rəşad Mahmudov qeyd edib ki, dövlətimizin qüdrətinin, iqtisadi gücünün artması, eyni zamanda, 44 günlük Vətən müharibəsi nəticəsində 30 il işğal altında qalan torpaqlarımızın azad edilməsi və Azərbaycanın bir dövlət kimi dünyada nüfuzunun artması bütün vətəndaşlarımız kimi, bir çox siyasi partiyalar tərəfindən də İlham Əliyev siyasətinin birmənalı şəkildə dəstəklənməsi ilə nəticələnib: "Milli birlik və həmrəyliyin təzahürü qurultayda da diqqət çəkdi: altı partiyanın YAP-a qoşulmaq haqqında çıxardığı qərar iştirakçıların diqqətinə çatdırıldı. Bununla da belə bir təşəbbüsün reallaşması, şübhəsiz ki, Azərbaycanda milli birliyin, həmrəyliyin güclənməsinə, YAP-ın siyasi mövqeyinin daha da möhkəmlənməsinə öz müsbət təsirini göstərəcək".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər