Bu gün ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdlər üçün keçirilən buraxılış imtahanında 2 şagird imtahandan xaric edilib.
Bu barədə Teleqraf.com-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
İlkin məlumatlara əsasən 2 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.
Qeyd edək ki, DİM bu gün respublikanın 24 şəhər və rayonunda isə ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdləri üçün buraxılış imtahanı keçirib