Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası başlayıb.
Teleqraf.com-un məlumatına görə, iclasda əfvlə bağlı yeni müraciətlərə baxılır.
Qeyd edək ki, komissiya bütün kateqoriyalardan olan müraciətlərə baxır. Mülkiyyət əleyhinə, sağlamlıq əleyhinə cinayətlər, iqtisadi cinayətlər, korrupsiya və rüşvətxorluq, məişət zorakılığı və digər cinayətlərlə bağlı müraciətlər, o cümlədən yol nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin və hərbi qulluqçuların müraciətlərinə komissiya tərəfindən baxılır.
Komissiyanın 8 iclası keçirilib və daxil olan yeni müraciətlərin 850-dən çoxuna baxılıb.
İclasların gələn həftə yekunlaşdırılacağı və siyahının dövlət başçısına təqdim ediləcəyi nəzərdə tutulur. Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir.