19 Mart 2021 16:10
452
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həmişə vətəndaşları sağalanlarla yoluxanaır arasındakı fərq narahat edir. Gündəlik elan olunan sağalan sayı ötən günlərin test nəticələri ilə bağlıdır.

Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, dekabr ayının sonunda sərt karantin rejimi nəticəsində yoluxma sayında azalma müşahidə olunub:

"Yanvar ayında mərhələli şəkildə karantin rejimindən çıxmağa başladıq. Təəssüf ki, gözlədiyimiz kimi yoluxma sayında artım qeydə alındı. Ən çox yoluxma faizi Bakı şəhərinin üzərinə düşür - 52,9 faiz.

Abşeron, Aran, Gəncə-Qazax zonasında da yoluxmalar yüksək olaraq qalır. Paytaxtda Xətai, Binəqədi, Yasamal rayonlarında da yoluxma faizləri yüksəkdir. Pandemiyanın bütün dövrlərində olduğu kimi ölkəmizdə qadınlar arasında yoluxmalar çoxdur".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər