29 Mart 2021 20:13
378
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu ŞTQ, Qambay Vəzirov küçəsi, döngə 2 ünvanında fəaliyyət göstərən fiziki şəxs Osman Umurxan oğlu Osmanova məxsus şəkərli qənnadı məmulatlarının istehsalı müəssisəsində yoxlama həyata keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

İlkin baxış zamanı müəssisənin sanitar-gigiyenik qaydalara və qida təhlükəsizliyinə dair normativ aktlara əməl etmədən fəaliyyət göstərdiyi məlum olub.

Yoxlama zamanı müəssisədə istifadə edilən xammalların minimum keyfiyyət və təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədlərin olmadığı, həmçinin, hazırlanan qidaların mikrobioloji və fiziki çirklənməyə məruz qalma riskinin olduğu müəyyən edilib.

Məlum olub ki, təmizlik inventarlarının, yuyucu vasitələrin və dezinfeksiyaedici məhlulların saxlanılması normalara uyğun olaraq aparılmadığından müəssisədə kimyəvi çirklənmə riski mövcuddur.

Müəssisədə istehsal olunan qənd və marmelad məhsullarından nümunələr götürülərək AQTİ-nin müvafiq laboratoriyasına təqdim edilib.

Təqdim edilən marmelad məhsulunun normativ texniki sənədlərin tələblərinə cavab vermədiyi məlum olub və həmin partiya məhsulun məhv olunması barədə qərar qəbul edilib.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq, şəkərli qənnadı məmulatlarının istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər