19 Aprel 2021 13:20
311
12 Punto 14 Punto 16 Punto 18 Punto

“The Guardian” Yeni Azərbaycan Partiyasının təkzib müraciətindən sonra “Facebook bizim kimi ölkələrlə maraqlanmır": Azərbaycan trol şəbəkəsi qadağadan bir neçə ay sonra geri qayıdır” sərlöhvəli məqaləsinə düzəliş vermək qərarına gəlib.

Bu barədə Teleqraf.com-a partiyadan məlumat verilib.

"Yazıda qeyd edilib ki, bu məqalə nəşrindən sonra YAP-dan və “Facebook”dan verilən məlumatları daxil etmək üçün 15 aprel tarixində redaktə olunub.

Əlavə edilib ki, bu məqalənin dərcindən sonra YAP “Azad söz” səhifəsindəki 6 mart tarixli posta təhqiramiz şərhlər yazan səhifələrlə hər hansı əlaqəsinin olmasını inkar edib.

“Facebook”dan daxil olan məlumatı da məqaləyə əlavə edən “The Guardian” yazıb: “Bazar ertəsi günü şirkət etibarsız davranış qaydalarını pozan və "The Guardian" tərəfindən müəyyənləşdirilən 300-dən artıq səhifəni ləğv etdiyini söyləyib. Bu məqalənin nəşrindən sonra “Facebook” həmin səhifələrin siyahısını nəzərdən keçirdiyini və YAP-la hər hansı əlaqə tapmadığını bildirib”, - partiyanın yaydığı açıqlamada qeyd edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər