19 Aprel 2021 18:26
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial media şirkəti Feysbuk (Facebook) işçilərinin koronavirus epidemiyası bitdikdən sonra da evdə işləməyə davam edəcəyini açıqlayıb.

Teleqraf.com şirkətə istinadən xəbər verir ki, işçilər direktorların təsdiqləməsi şərtilə epidemiyadan sonra da fasiləsiz olaraq məsafədən çalışmaq üçün müraciət edə biləcəklər.

Feysbukun inkişafı üzrə vitse-prezident Brinn Harrinqton bəzi işçilərin evdə həqiqətən daha yaxşı çalışdıqlarını və buna davam etmək istədiklərini deyib.

Qeyd edək ki, şirkətin qurucusu Mark Zukerberq işçilərinin 50 faizinin yaxın 5-10 il ərzində məsafədən işləyə biləcəyini bildirmişdi.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər