27 Aprel 2021 11:40
1 797
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, sabiq deputat Hüseynbala Mirələmovun sosial şəbəkələrdə qeyri-etik videosu yayılandan sonra o, ADNSU-da Qaz Neft Mühəndisliyi fakültəsinin kafedra müdiri və YAP Xətai rayon təşkilatının sədri vəzifəsindən azad edilib.

Teleqraf.com-un məlumatına görə, sözügedən video ilə bağlı sabiq millət vəkili Unikal.org-a müsahibə verib:

- Hüseynbala müəllim, necəsiniz?

- Babatam.

- Məlum video ilə bağlı nə deyə bilərsiniz?

- Həyatdır, oldu keçdi. Ümumiyyətlə, yanvar ayında olan hadisəni indi qabartmaqda məqsəd nədir? Yəqin ki, şantajdır. Mən heç kimi qınamıram. Yeganə təsəllim odur ki, insanlara əzab verən, onlara zülm edən adamların cəzasını Allah verəcək. Bu tip videoların yayılması ilə biz cəmiyyətin əxlaqını pozuruq. Həyatda belə insanlar var ki, alçaqlıq edirlər. Qoy onların cəzasını Allah özü versin.

- Hüseynbala müəllim, videodakı xanımla hər hansı əlaqəniz olub?

- Ay qardaş, nə danışırsan? O, mənim qızım yerindədir. Ayıbdır, sadəcə ayıbdır. İnsanlar sosial şəbəkədən əl çəkmirlər, amma təəssüflər olsun ki, bir dənə kitab oxumurlar. Ancaq işləri-gücləri feysbukda onu-bunu lağa qoymaqdır.

Deputat dostlarım da məni tənqid ediblər, etsinlər, sağolsunlar. Mən heç kimi qınamıram. Bizim partiyamız da çox düzgün qərar verdi. Bu, partiyamızın nüfuzuna xələl gətirə bilərdi deyə, mən YAP-dan uzaqlaşdırıldım.

- Hüseynbala müəllim, həmin video yayılanda hansı hissləri keçirdiniz?

- (Sükut çökür və bir qədər sonra) O hissləri sözlə ifadə etmək mümkün deyil. Ümumiyyətlə, bu, şantaj xarakterli idi. Məni şantaj etdilər. Bu, universitetdə konfrans zamanı olub. Videonu yayan adamlar tapılmalıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər