29 Aprel 2021 14:48
1 977
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Kəfəni yarıb çıxandan sonra sanki ikinci dəfə dünyaya gəldik. Artıq yaxşıyam. Həyat doğrudan da gözəldir. Həyata baxış bucağım dəyişdi".

Teleqraf.com xəbər verir ki, bu sözləri "Bizimləsən" verilişində koronavirusdan sağalan aparıcı Aytən Səfərova deyib.

O, virusu necə keçirməsindən danışıb: "Evdə müalicə aldım, amma bir müddət həyat yoldaşımla "Yeni klinika"da da qaldıq. Mən Ramil Bayramlıya təşəkkür etmək istəyirəm. TƏBİB-dən dəstək gördüm. Sözün yaxşı mənasında ağladım, ondan sonra diqqət, qayğı gördüm. Amma bir çox insanlar düşünürlər ki, qonşum yaxşı keçirib, mən də virusu evdə keçirəcəm.

On dəqiqədən sonra nəfəs elə darala, insan yerində qala bilər. İndiyə qədər də məndə ürək döyüntüləri davam edir. Ürək dərmanları qəbul edirəm. Panik atak çox olur. Elə hallarda insanın psixploji cəhətdən özünü toparlaması çox əhəmiyyətlidir. COVİD-19-un sonuncu ştammı çox ağır xəstəlikdir".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər