"25 gündür virusa yoluxmuşam".
Bu sözləri Teleqraf.com-a açıqlamasında xalq artisti Könül Xasıyeva deyib.
O, hazırda səhhətinin yaxşılaşdığını bildirib: "Evdə müalicə götürdüm, səhhətim yaxşıdır. Virusun heç bir fəsadı yoxdur. Temperaturum olmadı, virus özünü öskürək və boğulma ilə biruzə verdi. Astma xəstəliyindən də əziyyət çəkdiyimə görə bu məni çaşdırdı".
Xalq artisti virusa harada yoluxmasından da danışıb: "Çəkilişlərə gedib, gəlirdim. İşlərimin dalınca özüm gedirəm. COVİD 19-a harada yoluxduğumu bilmirəm".