İspaniyanın "Real Madrid" futbol klubu gənclər və idman naziri Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib.
Teleqraf.com-un məlumatına görə, bu barədə klubun Gənclər və İdman Nazirliyinə ünvanlanan məktubunda deyilir.
"Real"ın icraçı vitse-prezidenti Enrike Sançes Qonsales nazirin ölüm xəbərindən dərindən kədərləndiklərini bildirib.
Vitse-prezident "Real" klubu adından nazirin yaxınlarına və ailəsinə başsağlığını ifadə edib.