"Dərslərin bitməsinə bir ay qalıb. Bir ay böyük müddətdir. Bundan hər birimiz faydalanmalıyıq".
Teleqraf.com xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.
Nazirin sözlərinə görə, ənənəvi tədrisin mayın 17-dən əvvəl bərpa olunması mümkün deyildi:
“Mayın ilk günlərində ibtidailərin tətili var idi. Sonra da Ramazan bayramı ilə əlaqədar uzunmüddətli qeyri-iş günləri olacaq. Ona görə də ən uğurlu müddət mayın 17-dən sonra idi”.