13 May 10:22

"Bütün dünya müsəlmanlarını və Azərbaycan müsəlmanlarını təbrik edirəm. Onlara Allahdan xoşbəxtlik arzulayıram. Allah-təala Qurani-Kərimi bu ayda göndərib. Bu gün biz bu ayı yola salırıq. Allah bizə nəsib eləsin gələcəkdə də bu ayda oruc tutaq".

Teleqraf.com xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Təzəpir məscidində qılınan Ramazan bayramı namazı mərasimində deyib.

"Biz çox xoşbəxtik ki, bu gün Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında, Rəşadətli Azərbaycan Ordusunun gücü sayəsində torpaqlarımız azad olundu və əsl sahibləri qayıtdı", - o əlavə edib.


Müəllif: Teleqraf.com