Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Ulu Öndər Heydər Əliyevin 98-ci ildönümünə həsr olunmuş birinci “Davamlı İnkişaf Məktəbi” layihəsinə başlayıb. Məqsəd gənc kadr bazasının yaradılması, gənclərdə ictimai-siyasi təfəkkürün və analitik düşüncə qabiliyyətinin formalaşdırılması, onların liderlik və debat bacarıqlarının inkişaf etdirilməsidir.
3 ay davam edəcək layihə çərçivəsində gənclərə ictimai-siyasi, sosial-iqtisadi, milli-mədəni, o cümlədən dövlət idarəçiliyi sahələrində nəzəri və praktik modullar əsasında seminarlar keçiriləcək, iştirakçılar xüsusi debat proqramına cəlb olunacaqlar.
Qeydiyyatdan keçən uğurlu namizədlər arasından müsahibə yolu ilə Yeni Azərbaycan Partiyasının üzvü olan və bitərəf 30 gənc seçilərək layihədə iştirak etmək şansı əldə edəcək.
Proqram müddətində iştirakçıların xüsusi meyarlar üzrə qiymətləndirilməsi həyata keçiriləcək. Yekunda iştirakçılar müəyyənləşdirilmiş mövzular üzrə təqdimatlarla çıxış edəcək və münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Ən yüksək göstəricilərə malik məzunlar təltif ediləcək.
Qeyd edək ki, mayın 31-i müraciət üçün son gündür.
“Davamlı İnkişaf Məktəbi” layihəsinə müraciət etmək üçün keçid: https://bit.ly/3bfIovk
Layihə ilə əlaqədar suallar göstərilən ünvana göndərilə bilər: [email protected]