92 yaşında Almaniyada vəfat edən Xalq rəssamı Tahir Salahovun vida mərasimi keçirilməyəcək.
Bu haqda Teleqraf.com-a mərhum rəssamın bacısı Zərifə Salahova məlumat verib.
"Pandemiya ilə bağlı vida mərasimi nəzərdə tutulmur. Dəfn 20 nəfər qohumun iştirakı ilə keçiriləcək. Tahir Salahov Birinci Fəxri Xiyabanda dəfn olunacaq. Qardaşım Almaniyaya profilaktik müayinədən keçmək üçün getmişdi, orada da vəfat etdi", - Zərifə Salahova bildirib.
Qeyd edək ki, Tahir Salahov ötən gün axşam saatlarında dünyasını dəyişib.