28 May 2021 10:55
400
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibi Entoni Blinken ölkəsinin iqtisadi, enerji və təhlükəsizlik sahələrində Azərbaycanla 30 illik tərəfdaşlığını qiymətləndirdiyini bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə E.Blinkenin 28 May – Respublika Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı bəyanatda deyilir.

“Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsi ilə Avropanın enerji diversifikasiyasına verdiyi əhəmiyyətli töhfələri tanıyırıq. İnsan haqlarına və əsas azadlıqlarına, qanunun aliliyinə, şəffaflığa və hesabatlılığa hörmət edən güclü qurumlar və proseslər ümumi hədəflərimizə çatmaq və daha güclü, daha dərin əlaqələr qurmaq üçün vacibdir”, – ABŞ dövlət katibi deyib.

“Amerika Birləşmiş Ştatları, həmçinin minlərlə Azərbaycan və Amerika vətəndaşları arasında mübadilə yolu ilə, həmçinin səfirliklərimizin ictimaiyyətlə əlaqəsi sayəsində inkişaf etdirilən əlaqələrə dəyər verir”, – E.Blinken əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər