1 İyun 2021 16:30
449
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kompleks tədqiqatlar aparılır. Dənizi çirkləndirən hüquqi və fiziki şəxslər tərəfimizdən müəyyən edilir. O şəxslərə qarşı müvafiq inzibati tədbirlər görülür.

Teleqraf.com xəbər verir ki, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov deyib.

Onun sözlərinə görə, qanun pozuntusuna təkrar yol verildiyi zaman müəyyən sanksiya və cərimələr tətbiq olunur: "Bəzən məhkəməyə də müraciət edirik. Çalışırıq ki, bu məsələlər inzibati qaydada həll edilsin".

Gigiyena və Epidemiologiya Mərkəzinin müdiri Ziyəddin Kazımov əlavə edib ki, çimərlik ərazilərində gigiyenik nöqsanların qarşısını almaq üçün inzibati tədbirlərin tətbiqi düzgün deyil:

"Hər birimiz bu ölkənin vətəndaşıyıq və istirahət üçün dənizə gedirik. Əfsuslar olsun ki, sahilyanı zolaqda yalnız Gigiyena və Epidemiologiya Mərkəzinin Respublika Laboratoriya tədqiqat nümayəndələrini və ETSN-nin Xəzər Ekoloji Monitorinq İdarəsinin nümayəndələrini görürəm. Bu sahədə ictimaiyyətlə yanaşı, dövlət orqanları da yaxından kömək göstərməlidirlər".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər