10 İyun 2021 13:09
3 068
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Atam xalqını çox sevirdi. Ölmək istəmirdi, amma həyat, xəstəlik ona imkan vermədi. Arzuları çox idi, xatirələri ilə bağlı kitab çap etdirmək istəyirdi, yarımçıq qaldı".

Bu sözləri Teleqraf.com-a açıqlamasımda Ramiz Əzizbəylinin qızı Xədicə Əzizbəyli atasından danışarkən deyib.

"Ayağının sağalmasını gözləyirdi, şəkər xəstəsi olduğu üçün hərəkət edə bilmirdi. Sağalmışdı, amma koronavirus ona aman vermədi. Mən onunla xəstəxanada bir yerdə idim, 9 gün yanında qaldım. Sonra infarkt keçirdi, reanimasiyaya yerləşdirildi. Sonuncu dəfə mayın 28-də görmüşəm. İlk günlər yaxşı idi, palatada bir yerdə idik. Atama deyirdim ki, xəstəxanadan sağalıb bir yerdə çıxacağıq", - qızı bildirib.

Qeyd edək ki, xalq artistinin qızı Xədicə Əzizbəyli də koronavirusa yoluxmuşdu.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər