““Yay məktəbi” çoxlu müzakirələrə səbəb oldu”.
Teleqraf.com-un məlumatına görə, bunu Təhsil naziri Emin Əmrull'\;k” səhifəsindəki canlı yayımda bildirib.
O deyib ki, uşaqlar məktəbdə bir-biri ilə ünsiyyətdə olanda daha çox öyrənir: “İnandığımız ondan ibarətdir ki, bu istiqamətdə bacardıqca uşaqların yay ərzində öyrənməyinə çalışmalıyıq. Söhbət qətiyyən məcburiyyətdən, şagirdləri yormaqdan getmir. Yay məktəbi könüllüdür. Əgər yay məktəbləri ilə bağlı danışırıqsa, könüllük sözünün mahiyyəti odur ki, bu, valideynlərə bir dəstəkdir. Burada dərs ilinin uzadılmasından söhbət getmir, məsələnin mahiyyəti odur ki, bacardıqca uşaqları evdən çıxarıb məktəbdə maraqlı məzmun verək. Bu, nisbətən öyrəşmədikləri bir mühitdir. Sual verilir ki, 10 günə uşaqlar nə öyrənəcək? Müəllimlər bəzən narazılıq edir, amma müəllimin işi şagirdinin öyrənməsini təmin etməkdir. Məzmun baxımından çalışırıq bu prosesi daha zəngin edək. Qaydalara görə, iyunun 8-dən başlayaraq valideynlər müraciət edə bilir, artıq 2 gün ərzində 2653 məktəbdən 177905 müraciət var. Məqsəd süni şəkildə rəqəmi artırmaq deyil. Bunu pozan olarsa, mənim “Facebook” səhifəmə də yaza bilər. Məqsəd kəmiyyət faktoru deyil, uşaqlara öyrənmək imkanı yaratmaqdır. Həqiqətən də öyrəşmədiyimiz çətinliklə üz-üzə qaldıq. “Yay məktəbi” Azərbaycan dili, Riyaziyyat və Xarici dil fənləri üzrə şagirdlərin öyrənməyə münasibətini dəyişə bilər. Müəllimlər bu günlərdə qayğı göstərib itirilən dövrü bir az da yaxşılaşdırmaq imkanı yarada bilərlər”.
Nazir deyib ki, “Yay məktəbi”ndə məzmun kifayət qədər fərqli təşkil olunacaq: “10 gün ərzində şagirdləri sinif otaqlarına salıb orada məcburi oturtmaq məqsəd deyil. İstəyirik ki, onlar sərbəst şəkildə öyrənsinlər, evdən çıxsınlar, bir-biri ilə münasibətdə olsunlar”.