Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə iyunun 9-10-da keçirilmiş buraxılış imtahanında iştirak edən 7 nəfərin nəticəsi ləğv olunub.
Dövlət İmtahan Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, həmin şagirdlər tələb olunan imtahan qaydalarını pozduğu üçün nəticələri ləğv olunub.