17 İyun 2021 17:27
273
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda son sutkada koronavirus əleyhinə 38 556 nəfər vaksinasiya olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25 546, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 13 010 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 2 877 878-dir. Birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 885 031, ikinci mərhələ üzrə isə 992 847 nəfər təşkil edir.


Müəllif: Teleqraf.com