2 İyul 2021 14:00
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Banklardan kredit götürülərkən evin girov qoyulması təcrübəsinə son qoyulmalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aydın Hüseynov deyib.

Deputat parlamentdə olan hüquqşünas həmkarlarına bu məsələyə diqqət etməyi təklif edib.

“Nəzərə almaq lazımdır ki, banka girov qoyulan evdə bir deyil, bir neçə nəfər yaşayır. Bu praktikaya son vermək lazımdır. Əgər vətəndaşın iki evi varsa, bu halda mənzillərindən birini qoymaq mümkün ola bilər. Nəzərə almaq lazımdır ki, indi məhkəmələrdə bu kimi mübahisələr və işlər də az deyil”,- deputat fikrinə yekun vurub.


Müəllif: Nemət Orucov

Oxşar xəbərlər