“Azəriqaz” İstehsalat Birliyi 2021-ci ilin əvvəlindən etibarən həm 1-ci Qarabağ müharibəsinin iştirakçıları, həm də Vətən müharibəsinin qazi və şəhid ailələrinin müraciətlərini qeydə almağa başlayıb.
Teleqraf.com xəbər verir ki, bununla bağlı müvafiq strukturlarda məsul şəxslər ayrılıb və tərtib olunan tədbirlər proqramı əsasında qeyd edilən kateqoriyadan olan insanların qaz təsərrüfatına dair problemlərinin həllinə çalışılır.
Bu müraciətlər təmin edilərkən əgər qazi və ya şəhid ailəsinin yaşadığı küçədə, məhəllədə digər təbii qazdan istifadə edə bilməyən fərdi yaşayış evləri də varsa, Birliyin daxili imkanları hesabına həmin ərazidə küçə xətlərinin çəkilməsi də təmin edilir.
Bu günlərdə daha bir neçə qazi ailəsinin yaşadığı evlərin qazlaşdırılması yekunlaşıb.
Qazi Murad Rəhimovun, Ramil Məhərrəmovun və Elşən Mustafayevin müraciətləri əsasında onların evlərinə qaz xəttləri çəkilib.
Müraciətlərin bir neçəsinə dair video materiallarla aşağıdakı sosial şəbəkə ünvanında tanış ola bilərsiniz.