14 İyul 2021 20:26
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Masallı rayonunun Ərkivan kəndində də ötən il iyulun 14 də düşmən təxribatı nəticəsində Tovuz rayonunda şəhid olan Azərbaycan Milli Ordusunun mayoru Anar Novruzovun anım günü keçirilib.

Teleqraf.com xəbər verir ki, Masallı rayinunun ictimaiyyəti və şəhidin doğmaları Anar Novruzovun məzarını ziyarət etdikdən sonra, onun yaşadığı evin qarşısındakı abidə kompleksinin önünə gül-çiçək dəstələri qoyublar.

Çıxış edənlər 1 il bundan əvvəl mayor Anar Rzayevin general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, gizir Yaşar Babayev, gizir İlqar Zeynallı və əsgər Elçin Mustafayev ilə eyni gündə, eyni tapşırığı yerinə yetirərkən şəhid olduğunu vurğulayıblar. Qeyd olunub ki, vətənin belə dəyərli oğullarının şəhadətindən sonra, milli birliyimiz daha da gücləndi.

Xalq və ordu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz torpaqlarını geri almaq üçün qəti savaşa başladı və qalib gəldi. Şəhid mayor Anar Novruzovun özündən sonra iki övladı qalıb. Bu gün qızı Füruzə ali məktəbə imtahan verib. Ötən il atası onu imtahana aparacağına söz vermişdi.

Şəhidin anım mərasimində Masallı rayonundan Vətən müharibəsinə yollanmış şəhid Nurlan Əbilinin, Məmməd Əliyevin, Elmir Akifzadənin, eləcə də Viləş kəndindən olan Nurlan və İntiqam Əsgərli qardaşlarının anaları, araşdırmaçı jurnalist Aida Eyvazlı Göytürk də iştirak ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər